Sabunçu rayonunun Maştağa qəsəbə sakininə xəsarət yetirilib.
SİA xəbər verir ki, sentyabrın 15-də qəsəbə sakini, 1991-ci il təvəllüdlü Əsgərov Əlyar Mirzə oğlu döyülüb və ona küt alətlə xəsarət yetirilib. O, təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev APA-ya bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Ələsgər Tağıyev müəyyən olunaraq saxlanılıb. Müvafiq ekspertizalar təyin olunub. Məsələ ilə bağlı hazırda təhqiqat araşdırması aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB