İsmayıllıda iki avtomobil toqquşub. SİA-nın məlumatına görə, hadisə dünən axşam saatlarında İsmayıllı rayonunun Quşencə kəndində qeydə alınıb. Kənd sakini, 1993-cü il təvəllüdlü Babazadə Şəhriyar Vahid oğlunun idarə etdiyi “Ford Tranzit” və Ruzi Məcidovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşub. Hadisə nəticəsində sürücülər və “Ford”dakı biri azyaşlı olmaqla 3 sərnişin xəsarət alıb.
İsmayıllı sakini, 1991-ci il təvəllüdlü Məcidov Ruzi Arzu oğlunun vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB