Hüquq-mühafizə orqanlarının əməkdaşları maarifləndirici söhbət aparmaq istədikdən sonra bir qrup məktəbli mülki geyimdə polis əməkdaşlarına hücum edib.
SİA-nın əldə etdiyi məlumata görə bu barədə xəbəri “News.ru” yayıb.
Qeyd edək ki, hadisə Kalininqradda, 24 saylı məktəbin yaxınlığında baş verib.Yeniyetmələr sərxoş halda məktəbin ətrafında gəzişirmişlər. Yoldan keçən mülki geyimdə olan polis əməkdaşları yeniyetmələrə səsləniblər. Bundan sonra məktəblilər kişiləri təhqir etməyə başlayıb və bu da onları maşından düşməyə məcbur edib.
Deyilənə görə, polislər zorakı uşaqlarla mənəvi söhbət etmək niyyətində olublar, lakin məktəblilər onlara hücum ediblər.
Əvvəlcə polislərdən birini döyüblər, arxadan boynundan tutub başına bir neçə zərbə endiriblər. Həmkarına kömək etməyə çalışan digər polisi də, bizlərdə deyildiyi kimi “ona qatıblar”.
Dava zamanı polislərdən biri xidməti vəsiqəsini şagirdlərə göstərə bilib və bundan sonra məktəblilərdən bəziləri qaçıb aradan çıxıblar.
Qalanlar, yəni xidməti vəsiqədən xəbərsiz olanlar polis əməkdaşlarını döyməyə davam ediblər və əlavə qüvvələr gəldikdə onlara da müqavimət göstərməyə başlayıblar.
Sonda şagirdlər polis bölməsinə, polislər isə xəstəxanaya aparılıblar.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB