Bu dəfə zəhərlənmə Krasnoyarskdakı məktəbdə baş verib...

Bu dəfə zəhərlənmə Krasnoyarskdakı məktəbdə baş verib...

Bu dəfə Krasnoyarskda bir neçə 5 və 6-cı sinif şagirdi məktəbin bufetində yedikləri yeməkdən zəhərləniblər. SİA-nın əldə etdiyi məlumata görə, Rospotrebnadzorun regional idarəsinin rəhbəri Dmitri Qoryayev bu məlumatı təsdiqləyib və qeyd edib ki, xəstəxanaya üç məktəbli göndərilib. Onun sözlərinə görə, zəhərlənmənin səbəbi müəyyənləşdirilir.

“Kras Maş” Teleqram kanalı uşaqların çürük ətdən hazırlanmış kotlet yediklərini iddia edir.

Bir uşağın təcili tibbi yardım maşını ilə xəstəxanaya aparıldığı qeyd edilir. Bufetdə nahar edən 5-ci sinif şagirdinin özünü çox pis hiss etdiyi bildirilir. Uşaq qusmağa başlayandan sonra ana həkimləri çağırıb. Xəstəxanaya çatdırılan uşaq huşunu itirib, həkimlər ona zəhərlənmə diaqnozu qoyub və yoluxucu xəstəliklər şöbəsinə göndəriblər.

Deyilənə görə, yeməkxanada kotlet yeyən digər beş uşaqda da eyni simptomlar aşkar edilib.

Prokurorluq artıq işə baxır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə