3-cü Alatava küçəsində baş verən yanğın söndürülüb

3-cü Alatava küçəsində baş verən yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 3-cü Alatava küçəsində yerləşən evdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Qeyd olunub ki, yanğının mürəkkəbliyinə, o cümlədən ərazidə bitişik evlərin yerləşməsi səbəbindən yayılma riskinin yüksək olmasına baxmayaraq, hadisəyə operativ reaksiya və yanğınsöndürənlərin peşəkarlığı sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə