Leninqrad vilayətində qanlı qətl hadisəsi baş verib. Qadın yeddi yaşlı oğlunun gözü qarşısında ərini öldürüb, böyük övladını isə yaralayıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hər şey səhər tezdən Qatçinadakı Kuprina küçəsindəki evdə baş verib.
Belə ki, 15 yaşlı yeniyetmə polisə müraciət edərək anasına bıçaqla hücum edildiyini bildirib. Onun sözlərinə görə, anası 7 yaşlı qardaşının gözü qarşısında 52 yaşlı atasını bıçaqlayaraq öldürüb, onu isə yaralayıb.
Kiçik uşaq isə xəsarət almayıb.
Verilən xəbərə görə, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində işləyirlər.
İlkin məlumatlara görə, qadının psixi problemləri var. Bundan əvvəl Sverdlovsk vilayətində gənc ananın dörd uşağını ataraq uşaq müavinətini götürərək qaçdığı bildirilirdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB