Masazırda qadın meyiti aşkar edilib

Masazırda qadın meyiti aşkar edilib

Sentyabrın 13-də saat 21 radələrində Abşeron rayonu Masazır qəsəbəsində evlərin birində 1983-cü il təvəllüdlü Rzayeva Səbinə Cavad qızının üzərində zorakılıq əlamətləri olan meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

SİA APA-ya istinadən xəbər verir ki, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş qadına qarşı cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin müəyyən olunub tutulması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə