Rus məktəbində yenə də 20-dən çox uşaq zəhərlənib

Rus məktəbində yenə də 20-dən çox uşaq zəhərlənib

Rusiya Federasiyasının Xabarovsk diyarındakı məktəblərin birində uşaqların kütləvi zəhərlənməsi baş verib. Bu barədə vilayət prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hadisə ilə bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 236-cı maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, hadisə Elban kəndindəki ibtidai məktəbdə baş verib. Məlumatda bildirilir ki, sentyabrın 7-dən 8-dək 21 şagird qarın ağrısı və qusma şikayətləri ilə tibb müəssisəsinə müraciət edib.

8 uşaq zəhərlənmə əlaməti ilə xəstəxananın yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.

Xatırladaq ki, SİA bir müddət bundan əvvəl Tuvada məktəblərin birində 45 nəfərin zəhərləndiyi, beş uşaq və bir böyük şəxsin xəstəxanaya yerləşdirildiyi barədə yazmışdı.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə