...Misirin Şarm əl-Şeyxdən 100 km aralıda yerləşən Dahab kurortunda köpək balığı çimən qıza hücum edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, yırtıcı turistin çiynindən dişləyib.
Zərərçəkmiş sudan çıxarılıb, sonra təcili xəstəxanaya yerləşdirilib. Qadının çoxlu qan itirməsinə baxmayaraq, həkimlər onun vəziyyətini stabilləşdirə biliblər.
Hadisə şahidlərinin dediyinə görə, gənc cütlük şamandıraların yaxınlığında çimirmiş. Uzaqda bir köpəkbalığı görünəndə onu tuna balığı ilə səhv saldılar, buna görə də sudan çıxmayıblar.
Çimərlik işçiləri və qayıqlarda olan yerli sakinlər iki saat ərzində yırtıcını tutmağa çalışsalar da, köpəkbalığı dərinliyə gedib.
Hazırda çimərlik bağlıdır. Sabah açılıb-açılmayacağı bilinmir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB