Olimpiya Stadionu və Beynəlxalq Avtovağzalın qarşısında yol qəzası olub

Olimpiya Stadionu və Beynəlxalq Avtovağzalın qarşısında yol qəzası olub

Ziya Bünyadov prospekti, Bakı Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, bu barədə NİİM-dən bildirilib.

Qəza səbəbindən metronun “Qara Qarayev” stansiyası istiqamətində sıxlıq yaranıb. Digər bir yol-nəqliyyat hadisəsi isə Bakı-Sumqayıt şosesi, Beynəlxalq Avtovağzalın qarşısında qeydə alınıb. Bu səbəbdən də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var. Hər iki yolda sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə