65 yaşlı qadın və onun pişiyi boğularaq ölüblər

65 yaşlı qadın və onun pişiyi boğularaq ölüblər

Moskva yaxınlığındakı Serpuxovdakı mənzillərin birində yaşlı qadının meyiti tapılıb. Qəribə olduğu qədər həm də maraqlıdır ki, onun pişiyi də təqaüdçü ilə birlikdə ölüb.

SİA-nın “Moskovskiy komsomolets” nəşrindən əldə etdiyi xəbərə görə, hadisə sentyabrın 11-i günortadan sonra baş verib. Qadının meyiti hamamda uzanmış halda tapılıb. Onu 65 yaşlı anasına baş çəkməyə gələn təqaüdçünün oğlu aşkar edib.

Məlum olub ki, mənzildə qaz su qızdırıcısı var, kimsə ventilyasiyanı söndürüb və nəticədə qadın və pişiyi qazdan boğularaq ölüblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Xatırladaq ki, SİA-nın bir gün əvvəl verdiyi məlumatda, Rostov-na-Donuda kişinin atasını yumruqla döyərək öldürdükdən sonra, meyiti bağda basdırdığını bildirmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə