Tuvada məktəblərin birində kütləvi zəhərlənmə baş verib

Tuvada məktəblərin birində kütləvi zəhərlənmə baş verib

Rus məktəbində 40-dan çox adam zəhərlənib, 6 nəfər xəstəxanaya yerləşdirilib.

SİA-nın əldə etdiyi məlumata görə, hadisə Tuvanın Qızıl şəhərindəki 18 saylı məktəbdə baş verib.

...Son məlumatlara görə, bağırsaq infeksiyası şikayəti ilə 45 müraciət daxil olub. Həkimlər bu məktəbin 5 şagirdini və bir nəfər yaşlı şəxsi xəstəxanaya yerləşdiriblər.

Rəhbərlikdən verilən məlumata görə, məktəbdə kütləvi zəhərlənmə ilə bağlı vəziyyət Rospotrebnadzor və regional Təhsil Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Tuva Respublikasının başçısı Vladislav Xovalıq qeyd edib ki, respublikada baş verən fövqəladə hadisədən sonra təhsil müəssisələrinə isti yemək verənlər yoxlanılacaq.

Xatırladaq ki, Bundan əvvəl Sankt-Peterburqda 200-ə yaxın insanın hazır yeməkdən zəhərləndiyi bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə