Bakı-Sumqayıt yolunda qəza olub

Bakı-Sumqayıt şosesində yol qəzası olub.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) SİA-ya verilən xəbərə görə, Beynəlxalq Avtovağzalın qarşısında yol-nəqliyyat hadisəsi baş verib. Bu səbəbdən də metronun “ 20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb.

Sıxlığın aradan qaldırılması məqsədilə yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə