Bakıda 3 avtomobil toqquşub

Bakıda 3 avtomobilin iştirakı ilə yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə Asif Məhərrəmov küçəsində qeydə alınıb.

Belə ki, “Toyota Prius”, “Atego” və “KIA” markalı avtomobillər toqquşub. Hadisə zamanı "Toyota Prius" markalı avtomobil yarasız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə