ABŞ-ın Massaçusets ştatında 14 yaşlı uşaq çox ədviyyatlı tortilla çipsləri yedikdən sonra ölüb. “One Chip Challenge” kimi tanınan bu çiplərin tərkibində dünyanın ən acı bibərindən hazırlanmış ədviyyatlar var.
SİA-nın əldə etdiyi məlumata görə, məhsulun istehsalçısı onun kəskin təbiəti barədə xəbərdarlıq edir və bunu həddindən artıq sınaq kimi təklif edir.
Oğlan cips yedikdən sonra mədəsində ağrı hiss edib və məktəbdə tibb bacısından kömək istəyib. Təəssüf ki, onun vəziyyəti pisləşib və huşunu itirib. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Bu faciədən sonra mərhum oğlanın anası bu çiplərin satışdan çıxarılmasını istəyib. İstehsalçı ailəsinə başsağlığı verib və məhsulun mağaza rəflərindən yığışdırılacağını bildirib.
Təbii ki, bu çipləri yedikdən sonra belə ölümlər nadir hallarda baş verir, amma insanlara ədviyyatlı yeməklərin təhlükələrini xatırladır.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB