Mehdiabadda avtoqəza baş verib

Abşeron rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, qəza Novxanı-Mehdiabad yolunda qeydə alınıb.

Hadisə “Chevrolet” markalı 99-MT-093 dövlət qeydiyyat nişanlı minik avtomobili ilə “Hyundai” markalı 90-SZ-646 dövlət qeydiyyat nişanlı yük avtomobilinin iştirakı ilə olub. Qəzada idarəetməni itirən yük avtomobilinin sürücüsü minik vasitəsini aşırıb. “Chevrolet” markalı avtomobil isə yoldan kənara çıxıb.

Hadisədə minik avtomobilinin sürücüsü xəsarət alıb, avtomobil yararsız vəziyyətə düşüb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə