Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Quba-Xaçmaz yolunun Alakseyevka kəndi ərazisində qeydə alınıb.
Qəzada üç maşın toqquşub, hadisədən sonra avtomobillərdən biri alışıb. İlkin məlumata görə, iki nəfər dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB