Salyanda betonqarışdıran yük maşını 82 yaşlı qadını vuraraq öldürüb.
SİA-nın məlumatına görə, hadisə köhnə Ələt-Astara magistralının Salyan şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Salyan şəhər sakini, 1941-ci il təvəllüdlü Süleymanova Rəxşəndə Firudin qızı yolu keçən zaman betonqarışdıran yük maşını onu vurub.
Qadın aldığı ağır xəsarətlər nəticəsində hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB