Çelyabinsk vilayətində at məktəblini öldürüb

Çelyabinsk vilayətində at məktəblini öldürüb

Rusiya Federasiyasının Çelyabinsk vilayətində yeniyetmənin atın səbəb olduğu faciəvi ölümü araşdırılır.

SİA “74.RU” portalına istinadn xəbər verir ki, hadisə ötən cümə günü, sentyabrın 8-də Bredinski rayonunun Andreevski kəndində baş verib.

Belə ki, ipə bağlanmış atı aparan məktəbli birdən atın “hücumuna” məruz qalıb. Bir anda şahə qalxan at məktəblini sürükləyib.

Hadisə nəticəsində ağır yaralanan yeniyetmə dünyasını dəyişib.

Hazırda oğlanın ölümünün dəqiq səbəbləri müəyyənləşdirilir.

Xatırladaq ki, bir müddət bundan əvvəl Leninqrad vilayətində atın uşağın barmaqlarını dişlədiyi barədə xəbər verilmişdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə