İsmayıllıda 54 yaşlı kişi kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Belə ki, sentyabrın 9-da saat 07 radələrində 1979-cu il təvəllüdlü Cəfərov Ramil Baldadaş oğlunun İsmayıllı rayonunda qəsəbələrin birində kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub.
R.Cəfərova xəsarət yetirən şəxs və ya şəxslərin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB