Şəkidə atdan yıxılan şəxs ölüb

Şəkidə atdan yıxılan şəxs ölüb

Şəkidə 5 gün öncə atdan yıxılan şəxs ölüb. SİA xəbər verir ki, rayonunun Daşüz kənd sakini, 1978-ci il təvəllüdlü Şabanov Müşviq Şaban oğlu sentyabrın əvvəlində atdan yıxılaraq kəllə-beyin travması alıb.

O, xəstəxanaya yerləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq dünən ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə