Bakının Nizami rayonunda iki qardaşın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, iki avtomobilin toqquşması nəticəsində 1994-cü il təvəllüdlü Məmmədov Ramin İlqar oğlu və 1997-ci il təvəllüdlü İsmayıl İlqar oğlu xəsarət alıblar.
Yaralılar təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Müayinə zamanı hər iki qardaşa qapalı kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB