56 yaşlı kişi baş nahiyəsindən aldığı xəsarətlərdən ölüb

56 yaşlı kişi baş nahiyəsindən aldığı xəsarətlərdən ölüb

Bu gün saat 18 radələrində Göyçay rayonunun Kürdəmiş kənd sakini, 1967-ci il təvəllüdlü Yusifov Şahsən Şahlar oğlunun baş nahiyəsindən aldığı xəsarətlə xəstəxanaya daxil olması, göstərilən tibbi yardımlara baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

SİA-nın əldə etdiyi məlumata görə, DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, keçirilmiş əməliyyat- istintaq tədbirləri nəticəsində Ş.Yusifova əllə xəsarət yetirməkdə şübhəli bilinən 1998-ci il təvəllüdlü Novruz Mahmudov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə