Şauarma yeyən qız... ölüb

Kursk vilayətində 23 yaşlı qızın şauarma yedikdən sonra faciəvi şəkildə ölməsi araşdırılır.

“MK SHOT” Telegram kanalına istinadən xəbər verir ki, hər şey Lqov şəhərində baş verib. Belə ki, qız və daha 14 nəfər şəhərin Qaqarin küçəsində, Kursk Yığıncaq Kollecinin yanındakı fastfud məntəqəsindən aldıqları şauarmanı yeyiblər. Və bundan sonra onların hamısı kəskin bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, qız infeksion-toksik şokdan dünyasını dəyişib. Hadisə əsasında təhlükəsizlik tələblərinə cavab verməyən məhsulların satışı ilə bağlı cinayət işi açılıb.

Qeyd edək ki, bundan əvvəl Moskvada 40-dan çox insanın şauarma və qrildə bişmiş toyuqdan zəhərləndiyi bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə