Moskvada erməni serbiyalını bıçaqlayıb...

Moskvada erməni serbiyalını bıçaqlayıb...

Moskvanın mərkəzində Serbiya vətəndaşı bıçaqlanıb. SİA-nın “112” Telegram kanalının məlumatına istinadən verdiyi xəbərə görə, kişi yoldan keçən biri tərəfindən hücuma məruz qalıb.

Rus saytlarının yazdığına görə, hadisə Nijnyaya Radişevskayada baş verib.

Belə ki, 34 yaşlı serbiyalı Darko Sretenoviçin yoldan keçən şəxslə münaqişəyə girdiyi bildirilir. Sonuncu bıçağı çıxararaq serbinin qarnından bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb və ona skuterdə olan şəxs kömək edib. Zərərçəkmiş xəstəxanada əməliyyat olunub. Həkimlər ona nəzarət edir.

Bu arada polis hücum edənin şəxsiyyətini müəyyənləşdirib. Onun Ermənistan əsilli Aşot Culakyan olduğu üzə çıxıb. Faktla bağlı araşdırma aparılır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə