Gürcüstan qəsdən adam öldürməklə bağlı axtarışda olan şəxsi Türkiyəyə ekstradisiya edib.
SİA xəbər verir ki, bu barədə Gürcüstan Baş Prokurorluğu məlumat yayıb.
Qeyd olunub ki, həmin şəxs “İnterpolun” axtarış siyahısında qırmızı kateqoriyada yer alıb. Onun 2022-ci il 8 sentyabrında İstanbulda silahlı cinayətkar qruplar arasında münaqişə zamanı qətl törətməsi bildirilib.
Gürcüstan məhkəməsi bu ilin 15 fevralında onun ekstradisiyanı məqbul hesab edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB