Şəmkir sakinindən 2 kiloqram narkotik götürülüb

Şəmkir sakinindən 2 kiloqram narkotik götürülüb

Şəmkir Rayon Polis Şöbəsinin Zəyəm Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən Mübariz İbrahimov saxlanılıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən bildirilib.

Əvvəllər dəfələrlə məhkum olunmuş şübhəli şəxsin Polis Bölməsində üzərinə baxış keçirilən zaman 1 ədəd kibrit qutusunda və qara sellofan torbada 2 kq çəkidə narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə