Ağstafada hərbi qulluqçunu döyən şəxs həbs edilib.
SİA xəbər verir ki, rayon sakini Bukavadze Baloğlan Abdul oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobillə hərəkətdə olarkən yolun ensiz olması səbəbindən həmyerlisi Həmidov Şamxal Şahin oğlunun idarə etdiyi "VAZ 21011" markalı minik avtomobilinə yol verməyib.
Nəticədə tərəflər arasında mübahisə yaranıb.
Baloğlan Bukavadze qarşı avtomobilin sərnişini müddətdən artıq hərbi qulluqçu olan Əlizadə Orxan İlham oğlunu yaxınlıqdakı daş hasarın arxasına apararaq, əli ilə sinəsinə möhkəm vurduqdan sonra yerə yıxıb.
Nəticədə Orxan Əlizadənin başı qaz borusuna dəyərək xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb, B.Bukavadze şübhəli şəxs qismində tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB