Göygöldə yük və minik maşını toqquşub

Göygöldə yük və minik maşını toqquşub

Göygöldə yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə hadisə rayonun girişində qeydə alınıb. Hərəkətdə olan “KamAZ”-la minik maşını toqquşub.

Qəza zamanı minik maşınında olanlar 1961-ci il təvəllüdlü İnqilab Fərəcov və 1981-ci il təvəllüdlü Xəqani Namazov xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə