Şirvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb

Şirvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb

Şirvan sakininin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb.

Şirvan Şəhər Prokurorluğundan SİA-ya verilən məlumata görə, sentyabrın 4-də saat 19:00 radələrində Şirvan şəhər sakini 1963-cü il təvəllüdlü Yavər Bağırovun yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Araşdırma zamanı 1972-ci il təvəllüdlü Elşən İslamovun aralarında yaranmış mübahisə zamanı tanışı Yavər Bağırova bıçaqla xəsarət yetirməklə onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Elşən İslamov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Bütün xəbərlər Facebook səhifəmizdə