Son 4 ildə Tayvana enən ilk tayfun olan “Haikui” ölkəyə böyük ziyan vurub. SİA xarici mətbuata istinadən xəbər verir ki, qasırğanın təsirli olduğu 2 gündə 116 nəfər xəsarət aldıb, xüsusilə dağlıq ərazilərdə çoxlu sürüşmə baş verib.
Cənub-şərq bölgəsində leysan yağışlar səbəbindən ümumilikdə 7 min insan təxliyə edilərkən, 260 min ev işıqsız qalıb. Səlahiyyətlilər yaxın saatlarda əraziyə elektrik enerjisinin veriləcəyini açıqlayıb. Qasırğanın şiddəti ən çox cənub, şərq və daxili bölgələrdəki şəhərlərdə hiss olunsa da, bir günlük tətil elan edilib, bərə səfərləri dayandırılıb. Tayvan Mülki Aviasiya Təşkilatından verilən açıqlamada 208 daxili, 23 beynəlxalq reysin gecikdiyi qeyd edilib.
Müəllif: Səbinə Hüseynli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB