Bakıda nasaz avtomobil prospektdə sıxlıq yaradıb

Bakıda nasaz avtomobil prospektdə sıxlıq yaradıb

Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yolda texniki nasaz avtomobil qalıb.

Bu barədə SİA-ya Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaşanır.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları tərəfindən ərazidə xidmət aparan yol polisi əməkdaşlarına məlumat verilib və sıxlığın aradan qaldırılması istiqamətində işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə