Rusiya Federasiyasının Rostov vilayətində magistral yolda dəhşətli qəza baş verib. Belə ki, naməlum səbəbdən iki avtomobil toqquşub. Nəticədə 4 nəfər həlak olub.
SİA rus qaynaqlarına istinadən xəbər verir ki, Rostov vilayətinin prokurorluğunun məlumatına görə, Donda şossedə yük maşını və minik avtomobili toqquşub.
Qəza Zimovnikovski rayonunda baş verib.
“Hadisə nəticəsində 4 nəfər ölüb” Bunu Don prokurorluğu bildirib.
Hazırda faktla bağlı cinayət işi açılıb. İstintaq zamanı faciənin bütün təfərrüatları, eləcə də ona səbəb olan səbəblər aydınlaşdırılacaq.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB