Ələt-Astara avtomobil yolunda qəza olub - yaralananlar var

Ələt-Astara avtomobil yolunda qəza olub - yaralananlar var

Ələt-Astara avtomobil yolunda qəza olub, yaralananlar var. SİA-nın Muğan bürosunun məlumatına görə, hadisə yolun 105-ci km-də qeydə alınıb.

Belə ki, "Nissan" markalı minik avtomobili maneəyə çırpılıb.

Hadisə yerinə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım avtomobilləri cəlb olunub. Hazırda yaralanan 4 nəfər xəstəxanaya aparılır. Onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə