Vladimir vilayətinin sakini anasını öldürüb. Rusiya Federasiyası İstintaq Komitəsinin bölgə üzrə mətbuat xidmətinin məlumatına görə, kişi sərxoş vəziyyətdə olub.
SİA-nın əldə etdiyi məlumata görə, adi məişət münaqişəsi zəminində o, əsəbiləşərək bıçağı götürüb və qadını bıçaqlayıb.
Qeyd edək ki, qadın yerindəcə dünyasını dəyişib. Cinayətkarın 42 yaşı olduğu məlum olub. O, Aleksandrov sakinidir.
Adam qətli törətdikdən dərhal sonra bütün qonşularına xəbər verib, polisə zəng edib.
Hazırda o, məhkəməyə qədər həbs edilib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB