Gürcüstanın qərbində ağır yol-nəqliyyat hadisəsi baş verib.
SİA xəbər verir ki, Kobuleti və Batumini birləşdirən beynəlxalq əhəmiyyətli avtomagistralda minik və yük avtomobilləri toqquşub.
Nəticədə minik avtomobilində olan 3 nəfər Türkiyə vətəndaşı həyatını itirib.
Yaralananlar isə yaxın ərazilərdəki xəstəxanalara çatdırılıblar.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB