Başqırdıstanın şimal-qərbində yerləşən Neftekamsk şəhərində avtobus insanlarla avtobus dayanacağına girib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə şənbə günü, sentyabrın 2-də “112” Telegram kanalı yazır.
İlkin məlumata görə, avtobus sürücüsü idarəetməni itirib və insanların olduğu dayanacağa daxil olub.
Hadisə şəhərin Traktova küçəsində baş verib. Nəticədə ikisi azyaşlı olmaqla 5 nəfər xəsarət alıb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Digər təfərrüatlar verilmir.
Gərək ki, yadınızda olar, bir müddət bundan əvvəl Rusiyanın başqa bir şəhərində - Yekaterinburqda avtobusun qəzaya uğraması barədə məlumat yayılmışdı. Sverdlovsk vilayətinin yol polisi bildirib ki, nəqliyyat vasitəsinin sürücüsü avtomobili dirəyə çırpıb. Nəticədə 11 sərnişin xəsarət alaraq xəstəxanaya aparılıb.
Bundan əvvəl Perm diyarında məktəb avtobusunun yoldan çıxdığı bildirilirdi. 15-i uşaq olmaqla 16 nəfər xəsarət alıb. Faktla bağlı cinayət işi açılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB