Mingəçevirdə yol qəzası olub, 1 nəfər ölüb, 6 nəfər yaralanıb - YENİLƏNİB - FOTOLAR

Mingəçevirdə yol qəzası olub, 1 nəfər ölüb, 6 nəfər yaralanıb - YENİLƏNİB - FOTOLAR

Mingəçevir-Bəhrəmtəpə yolunda 2 minik avtomobilinin toqquşması nəticəsində dünyasını dəyişənin şəxsiyyəti məlum olub. SİA-nın məlumatına görə, "VAZ-2107" və "Hyundai" markalı avtomobillərin toqquşması nəticəsində Yevlax rayon Qaramanlı kənd sakini, 2002-ci il təvəllüdlü Talıbov Seymur Samir oğlu ölüb.

Qəza zamanı daha 6 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə