Gəhdob-Yalama yolunda avtomobil aşıb - yaralanan var

Gəhdob-Yalama yolunda avtomobil aşıb - yaralanan var

Gəndob-Yalama yolunda “Hyundai Accent” markalı avtomobil yoldan çıxaraq aşıb, bir nəfər xəsarət alıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə yolun Xaçmaz rayonunun Qaradağlı kəndi ərazisindən keçən hissəsində baş verib. Minik avtomobili idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb.

Qəza zamanı avtomobildə olan Şəki rayonu Cunud kənd sakini, 1995-ci il təvəllüdlü Saatov Namik Natiq oğlu ağır xəsarətlər alıb. Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə