Siyəzəndə qəzada ata və 3 yaşlı oğlu ölüb

Siyəzəndə qəzada ata və 3 yaşlı oğlu ölüb

Siyəzəndə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə Bakı-Quba yolunun Siyəzən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik maşının toqquşması nəticəsində 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Ölənlər Siyəzən rayonunun Böyük Həmyə kənd sakinləri 37 yaşlı Samit Əmirov və onun 3 yaşlı övladı Elnur Əmirlidir.

Xəsarət alanlar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə