Naxçıvanda motosiklet aşıb - sürücü xəsarət alıb

Naxçıvanda motosiklet aşıb - sürücü xəsarət alıb

Naxçıvan şəhərində motosikletin aşması nəticəsində bir nəfər xəsarət alıb. SİA-nın Naxçıvan bürosu xəbər verir ki, hadisə şəhərin mərkəzi küçəsində qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini İsmayılov Telman Adil oğlunun idarə etdiyi motosiklet ehtiyatsızlıqdan aşıb.

Nəticədə sürücü ciddi xəsarət alıb.

O, təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasının travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə