Naxçıvanda bıçaqlanma hadisəsi baş verib

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib

Naxçıvan Muxtar Respublikası Babək rayon Cəhri qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə zamanı Tağıyev Süsaməddin Zakir Əliyevin boğaz nahiyəsinə bıçaq xəsarəti yetirib.

Hadisə nəticəsində boğazından yaralanan Zakir Əliyev xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə