“Yeni Moskva”da uşaq binanın üçüncü mərtəbəsindən yıxılıb və möcüzə nəticəsində sağ qalıb.
SİA-nın əldə etdiyi məlumata görə, Moskva prokurorluğunun mətbuat xidməti xəbər verir ki, hadisə çərşənbə günü axşam, avqustun 30-da Lazurnaya küçəsindəki evdə baş verib.
Dörd yaşlı uşaq evdə nənəsi ilə birlikdə üçüncü mərtəbədəki mənzildə olub. Bir anda uşaq pəncərədən yıxılıb.
Yıxılma nəticəsində körpə sağ qalıb və xəstəxanaya yerləşdirilib.
Hazırda hadisənin bütün halları müəyyənləşdirilir. Bundan əvvəl Moskvanın cənub-qərbində dörd yaşlı qızın evin pəncərəsindən yıxıldığı bildirilmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB