Krasnodar diyarında keçmiş sevgilisinin hücumuna məruz qalan 21 yaşlı qız yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, şübhəli şəxs saxlanılıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, hücum edən şəxsin İrkutsk vilayətindən gələn qonaq olduğu üzə çıxıb.
Məlum olub ki, o, artıq bir neçə dəfə məhkum olunub. Müəyyən edilib ki, kişi qısqanclıq zəminində keçmiş sevgilisinin üzərinə turşu töküb.
Zərərçəkmiş bədənin kimyəvi yanığı diaqnozu ilə Ust-Labinsk vilayətinin Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Yeri gəlmişkən, rus saytlarının yazdığına görə, bir müddət bundan əvvəl Leninqrad vilayətində arvadını döyən kişi...bununla “ürəyi soyumamış” hələ bir onun qolunun parçasını da pala ilə kəsmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB