Biləsuvar sakini dostunu bıçaqlayıb

Biləsuvar sakini dostunu bıçaqlayıb

Biləsuvarda dostlar arasında yaranan mübahisə bıçaqlanma ilə nəticələnib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, rayon sakini, S.Buludlu döş qəfəsindən bıçaqlanıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Bıçaq onun ağciyərini kəsdiyi üçün cərrahi əməliyyat olunub.

Hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə