Bakının Ziya Bünyadov və Azadlıq prospektlərinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) SİA-ya verilən məlumata görə, bu səbəbdən “Koroğlu” metro stansiyası istiqamətində sıxlıq yaşanır. Digər bir yol-nəqliyyat hadisəsi isə Ziya Bünyadov prospektinin Atatürk prospekti ilə kəsişmədə qeydə alınıb. Yol-nəqliyyat hadisəsi səbəbindən metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq var. Yol polisi əməkdaşları hadisə yerindədirlər və hər iki yolda sıxlığın aradan qaldırılması məqsədilə işlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB