Heydər Əliyev prospektində qəza olub

Heydər Əliyev prospektində qəza olub

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) SİA-ya verilən xəbərə görə, qəza Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyasının qarşısında qeydə alınıb.

Hadisə səbəbindən prospektdən üzü mərkəz istiqamətində sıxlıq yaranıb. Sıxlığın aradan qaldırılması məqsədilə yol polisi əməkdaşları hadisə yerinə cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə