Tovuz rayonunun Qovlar şəhərində yük maşını yanıb, 1 nəfər yanıq xəsarətləri alıb.
SİA-nın əldə etdiyi məlumata görə, yük yerində 3 ton ot bağlaması olan “ZİL” markalı avtomobildə yanğın olub.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Tovuz rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.
Hadisə nəticəsində 1960-cı il təvəllüdlü N.Səfərov yanıq xəsarətləri alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB