Xəzər rayonunda ferma ərazisində yanğın olub

Xəzər rayonunda ferma ərazisində yanğın olub

Bakı şəhərinin Xəzər rayonunda ferma ərazisində ümumi sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə, damına və ətrafına yığılan 40 ton ot bağlamasının 7 tonu yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, tövlənin, ot bağlamalarının qalan hissəsi və yaxınlıqdakı tövlələr yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə