Hacıqabuldakı yol qəzasında ana və qızları xəsarət alıb

Hacıqabuldakı yol qəzasında ana və qızları xəsarət alıb

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi "Mercedes" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü həmçinin onun 11 və 13 yaşlı qız övladları müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə